×
A
A
A
Sazlamalar

İnnovasiyalar Agentliyində “Datanın tətbiq sahələrində karyera” adlı seminar keçiriləcək

Noyabrda Bakıda Datanın tətbiq sahələrinə dair forum təşkil olunacaq

Bakı, 11 sentyabr, Pərvanə Rəhimova, AZƏRTAC

Sentyabrın 14-də İnnovasiyalar Agentliyində “Datanın tətbiq sahələrində karyera” adlı seminar keçiriləcək.
Bu barədə AZƏRTAC-a data analitikası təlimləri və data məhsulları sahəsində ixtisaslaşmış “Data SoCool” platformasının idarəçi tərəfdaşı İsa Zeynal məlumat verib.
O bildirib ki, “Data SoCool”, İnnovasiyalar Agentliyi və “Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi” ilə birgə keçiriləcək seminarda spesifik mövzular, Datanın tətbiqində dünya və Azərbaycan təcrübəsi, “Machine Learning”, “Deep Learning”, “Artificial İntelligence”, Data üzrə karyera imkanları, tələb olunan bacarıqlar və sair müzakirə olunacaq.
“Data SoCool” data analitikası təlimləri və data məhsulları sahəsində ixtisaslaşan, ətrafında peşəkarları birləşdirən platformadır. Datanın, həm biznes, həm dövlət, həm də ictimai-sosial sahələrdə böyük gücünə inanan platforma üzvlərinin məqsədi ölkəmizdə bütün sahələrdə data tətbiqinin inkişafına töhfə verməkdir. Bunun üçün biz həm korporativ, həm də fərdi şəxslərə təlimlər keçirik. Seminarda 45-50 nəfərin iştirakı nəzərdə tutulur. Seminar iştirakçılarının gələcəkdə bu məlumatlardan səmərəli istifadə edəcəyinə inanırıq”, - deyə İ.Zeynalov əlavə edib.
O, noyabrın sonunda Bakıda Datanın tətbiq sahələrinə dair forumun da keçiriləcəyini deyib.

İKT 2019-09-11 13:08:00