×
A
A
A
Sazlamalar

Avropa Şurası Parlament Assambleyasının prezidenti Şəhidlər xiyabanını ziyarət edib

Bakı, 11 sentyabr, AZƏRTAC

Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının prezidenti Lilian Mori Paske sentyabrın 11-də Şəhidlər xiyabanına gedərək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüb.
AZƏRTAC xəbər verir ki, sonra Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Siyasət 2019-09-11 13:06:00