×
A
A
A
Sazlamalar

“Səhərçağı” üç gün müddətində Beynəlxalq Muğam Mərkəzinin qonağı olub

Bakı, 11 sentyabr, AZƏRTAC

Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalı üç gün ardıcıl olaraq “Səhərçağı” səhər efirini Beynəlxalq Muğam Mərkəzindən yayımlayıb.
Bu barədə AZƏRTAC-a Muğam Mərkəzinin mətbuat xidmətinin rəhbəri Lalə Azəri məlumat verib.
Bildirib ki, verilişin qonağı olan görkəmli mədəniyyət və sənət adamları, xarici səfirliklərin nümayəndələri, ölkəmizdə qonaq olan sənət adamları Muğam Mərkəzinin fəaliyyəti ilə bağlı müsbət fikirlərini, birgə əməkdaşlığın, burada keçirilən tədbirlərin, layihələrin yüksək səviyyəsindən məmnunluqlarını ifadə ediblər.
Beynəlxalq Muğam Mərkəzinin direktoru, professor, Xalq artisti Murad Hüseynov da canlı efirin qonağı olub. “Mədəniyyət” kanalının aparıcıları onlara yaradılan şəraitə görə direktora dərin təşəkkürlərini ifadə ediblər. Murad Hüseynov öz növbəsində bildirib ki, Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalı Beynəlxalq Muğam Mərkəzi ilə daim sıx əməkdaşlıq edir, burada təşkil edilən konsert və layihələri bütün dünyaya işıqlandırır. Daha sonra direktor mərkəzin yeni mövsümdəki fəaliyyəti ilə bağlı məlumatı diqqətə çatdırıb.

Mədəniyyət 2019-09-11 12:54:00