×
A
A
A
Sazlamalar

AMEA-nın Yer Elmləri Bölməsinin ümumi yığıncağı keçirilib

Bakı, 11 sentyabr, AZƏRTAC 

Sentyabrın 11-də AMEA-nın Geologiya və Geofizika İnstitutunda (GGİ) Yer Elmləri Bölməsinin ümumi yığıncağı keçirilib. Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib.
Bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov iştirakçıları gündəlikdəki məsələlərlə tanış etdikdən sonra bir sıra təşkilati məsələlərə baxılıb. Geologiya və Geofizika İnstitutunun dissertantı Günay Əhmədovanın fəlsəfə doktorluğu dissertasiya işinin adında qismən dəyişiklik edilib. Bundan əlavə, institutun fəlsəfə doktoru hazırlığı üzrə doktorantları Nabat Qocayeva və Sultan Cəfərov öz xahişləri ilə doktoranturadan xaric olunublar.
İclasda daha sonra Geologiya və Geofizika İnstitutunun direktoru vəzifəsinə gizli səsvermə yolu ilə seçki keçirilib. Səsvermənin nəticəsinə görə, akademik Akif Əlizadə yenidən Geologiya və Geofizika İnstitutunun direktoru seçilib. Seçkinin nəticəsinin təsdiq edilməsi üçün AMEA-nın Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.
Sonda bir sıra cari məsələlərə baxılıb.

Elm və təhsil 2019-09-11 12:41:00