Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Çin ABŞ-dan idxal olunacaq bəzi məhsulları rüsumlardan azad edib

Bakı, 11 sentyabr, AZƏRTAC

Çin hökuməti sentyabrın 17-də ABŞ-dan idxal olunacaq 16 adda məhsulu, o cümlədən dərmanları və pestisidləri rüsumlardan azad etmək qərarına gəlib.
AZƏRTAC Bloomberg agentliyinə istinadla xəbər verir ki, bu barədə ÇXR Dövlət Şurasının gömrük rüsumları üzrə komitəsinin bəyanatında deyilir. Rüsumlar 2018-ci ildə tətbiq olunmuşdu.
Rüsumlardan azad olunan malların siyahısına ABŞ ixracatının əsas sahələri – soya, donuz əti və qarğıdalı daxil edilməyib. Siyahı üzərində iş davam edəcək.
Xatırladaq ki, ABŞ və Çin sentyabrın 1-dən başlayaraq bir-birinə qarşı yeni rüsumlar tətbiq edib. Tərəflər ticarət sazişi barədə danışıqlarda irəliləyişə nail olunmasa, dekabrın 15-dən başlayaraq rüsumları yenidən artıracaqlar. Danışıqların növbəti mərhələsinin oktyabr ayında Vaşinqtonda keçirilməsi nəzərdə tutulur.

 

Dünya 2019-09-11 12:37:00