Böyük Britaniyada milyondan çox insan “Disney” qəhrəmanlarının adını daşıyır
Bakı, 11 sentyabr, AZƏRTAC
Böyük Britaniyada milyondan çox insan “Disney” qəhrəmanlarının adını daşıyır.
AZƏRTAC RİA Novostiyə istinadla xəbər verir ki, bu barədə “Florida4Less” turizm şirkəti tərəfindən aparılan və “Mirror” səhifələrində dərc edilən tədqiqatda bildirilir.
Ən məşhur ad – Jasmindir. Bu, eyniadlı animasiya filminin qəhrəmanı Ələddinin rəfiqəsi və şahzadənin adıdır. Ardınca Reks adı gəlir, “Oyuncaqların tarixi” filmindən oyuncaq dinozavrın adıdır, üçüncü yerdə isə “Gözəl və Qulyabanı” filminin baş qəhrəmanı Bell adıdır.
Şirkət Cessi (“Oyuncaqların tarixi 2”), Minni (Mikki Mausun rəfiqəsi), Tiana (“Şahzadə və qurbağa”), Elza (“Soyuq ürək”), Vudi (“Oyuncaqların tarixi”), Ariel (“Su pərisi”) və Nala (“Kral Aslan”) adlarını da siyahıya daxil edib.
Tədqiqatçılar, həmçinin qeyri-adi adların daha çox atalar tərəfindən qoyulduğunu müəyyən ediblər.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir