×
A
A
A
Sazlamalar

Azərbaycan sahibkarları Antalyada Meyvə və Tərəvəz, Qablaşdırma, Saxlama və Logistika Sərgisində iştiraka dəvət olunurlar

Bakı, 11 sentyabr, AZƏRTAC

Azərbaycan sahibkarları oktyabrın 16-19-da Antalyada “ANFAS – Antalya Expo” Mərkəzində keçiriləcək II “Interfresh Eurasia”: Meyvə və Tərəvəz, Qablaşdırma, Saxlama və Logistika Sərgisi”ndə iştiraka dəvət olunurlar. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən biznes missiya təşkil edilir.
ASK-dan AZƏRTAC-a bildirilib ki, alıcı missiyada iştirak edəcək nümayəndə heyətinin qeyd olunan tarixlərdə oteldə yerləşdirilməsi, qidalanma, hava limanından otelə və oteldən sərgiyə transfer xərcləri təşkilatçı tərəfindən ödəniləcək. ASK-a üzv olmayan şirkətlərin sərgidə iştirakı ödənişlidir və ödəniş haqqı 200 AZN-dir.

 

İqtisadiyyat 2019-09-11 12:12:00