×
A
A
A
Sazlamalar

Azərbaycan alimləri Çexiyada beynəlxalq konfransda iştirak ediblər

Bakı, 11 sentyabr, AZƏRTAC

Çexiyanın paytaxtı Praqa şəhərində “Yumşaq hesablamalar (soft computing) nəzəriyyəsi və onun tətbiqi: sözlər və qavrayışlarla hesablama” mövzusunda X beynəlxalq konfrans keçirilib.
İki ildən bir təşkil edilən konfrans bu dəfə dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin xatirəsinə həsr olunub.
Müxtəlif ölkələrdən alim və tədqiqatçıların qatıldığı tədbirdə AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri, akademiyanın müxbir üzvü Akif Musayev və kiçik elmi işçi Mirvari Qəhrəmanlı iştirak ediblər.
İqtisadiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, beynəlxalq konfransda soft kompyutinq nəzəriyyəsi və texnologiyası, hibrid soft kompyutinq sistemləri, sözlərə əsaslanan qeyri-səlis mühakimə, təkamüllü hesablama, qeyri-səlis məntiqin biznes və iqtisadiyyatda tətbiqi və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

Elm və təhsil 2019-09-11 11:58:00