Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Şəmkir rayonunda ailə, qadın və uşaq məsələləri ilə bağlı vətəndaşların qəbulu keçiriləcək

Bakı, 11 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri, sədr müavinləri tərəfindən vətəndaşların qəbulu davam edir.
Sentyabrın 16-da Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Şəmkir rayonundakı Gənclər Mərkəzində vətəndaşların qəbulunu keçirəcək.
Komitədən AZƏRTAC-a bildiriblər ki, saat 11:00-da başlayacaq qəbulda Şəmkir, Daşkəsən, Gədəbəy rayonlarının vətəndaşlarının ərizə, təklif və müraciətlərinə baxılacaqdır.
Qəbuldan sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi nəzərdə tutulur.
Görüş çərçivəsində Şəmkir rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr aparılacaq.

 

Sosial 2019-09-11 12:03:00