×
A
A
A
Sazlamalar

Bu gündən 168 və 186 nömrəli avtobuslar bir marşrut xətti üzrə fəaliyyət göstərir

Bakı, 11 sentyabr, AZƏRTAC

Sentyabrın 11-dən 168 və 186 nömrəli avtobuslar bir marşrut xətti üzrə fəaliyyət göstərir.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, 168 və 186 nömrəli müntəzəm marşrut xətlərinin birləşdirilərək bir nömrə (186 nömrə) altında təşkil edilməsinə qərar verilib. Bu gündən yeni xətt üzrə sərnişindaşıma fəaliyyəti əsaslı təmir olunan nisbətən iritutumlu avtobuslarla həyata keçirilir.
Qeyd edək ki, 168 və 186 nömrəli müntəzəm marşrut xətləri üzrə istismar edilən avtobusların texniki vəziyyəti, kiçiktutumlu olması, eləcə də digər çatışmazlıqlar barədə vətəndaşlardan “Alo141” Çağrı mərkəzinə mütəmadi müraciətlər daxil olurdu. Hər iki marşrut xətti üzrə hərəkət sxemlərinin üst-üstə düşməsi də öz növbəsində əlavə problemlərə gətirib çıxarırdı.

 

Nəqliyyat 2019-09-11 11:42:00