Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Paytaxtda itkin düşən azyaşlı tapılaraq ailəsinə təhvil verilib

Bakı, 11 sentyabr, AZƏRTAC 

Paytaxtda itkin düşən azyaşlı tapılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev AZƏRTAC-a bildirib ki, avqustun 30-da gecə saatlarında Yeni Suraxanı qəsəbəsində yaşadığı evdən naməlum istiqamətə gedərək itkin düşən 2006-cı il təvəllüdlü Nelli Ağayeva Suraxanı Rayon Polis İdarəsi 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tapılaraq ailəsinə təhvil verilib.
Polis əməkdaşları azyaşlının valideynləri ilə profilaktiki söhbət aparıb, onun üzərində nəzarətin artırılmasını tövsiyə ediblər.

Hadisə 2019-09-11 11:51:00