×
A
A
A
Sazlamalar

Nazir: Bu ilin 7 ayında Azərbaycanla Rusiyanın ticarət dövriyyəsi 23 faiz artıb

Bakı, 11 sentyabr, AZƏRTAC

Cari ilin 7 ayında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 23 faiz artıb. Ölkəmiz Rusiyanın əsas ticarət tərəfdaşlarındandır.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir iki ölkənin ticarət əlaqələrinin daha da genişləndirilməsi potensialının böyük olduğunu bildirib: “Azərbaycan-Rusiya əməkdaşlığının vacib istiqamətlərindən biri ticarət əlaqələridir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və qeyri-neft məhsullarının ixracına görə birinci yeri tutur”.

 

İqtisadiyyat 2019-09-11 11:40:00