Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Şəkidə “Speak out” natiqlik məktəbinə start verilib

Bakı, 11 sentyabr, AZƏRTAC 

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC) Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə Şəkidə reallaşdırdığı “Speak out” natiqlik məktəbinin açılış mərasimi olub.
DVC-dən AZƏRTAC-a bildiriblər ki, “Speak out” natiqlik məktəbinin məqsədi gənclərin natiqlik bacarıqlarının, araşdırma qabiliyyətlərinin inkişaf etdirilməsi, dünyagörüşlərinin, komanda ruhunun və fəallıqlarının artırılması, mövzuların tədqiqində onlara kömək göstərilməsidir.
Natiqlik məktəbində Bakı ilə yanaşı, on regiondan gənclər iştirak edirlər. Gənclər “Natiqlik sənəti”, “Diksiya”, “Ünsiyyət bacarıqları” adlı təlimlərdə və “Nə?, Harada?, Nə zaman?”, “Breyn-rinq” intellektual oyunlarında iştirak edəcəklər. İştirakçılar natiqlik, fərdi inkişaf təlimləri ilə yanaşı, debat oyunları vasitəsilə də praktiki biliklərə yiyələnəcəklər.
“Speak out” natiqlik məktəbinə sentyabrın 14-də yekun vurulacaq.

Sosial 2019-09-11 11:34:00