×
A
A
A
Sazlamalar

Kiyevdə GUAM ölkələri arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq

Kiyev, 11 sentyabr, AZƏRTAC

Sentyabrın 12-13-də Ukraynanın paytaxtı Kiyev şəhərində GUAM-ın Milli Əlaqələndiricilər Şurasının 49-cu iclası keçiriləcək.
GUAM-ın Milli Əlaqələndiricilər Şurasından AZƏRTAC-a bildiriblər ki, iclasın ilk günü quruma üzv olan ölkələrin ekspertləri səviyyəsində müzakirələr aparılacaq. GUAM çərçivəsində siyasi, iqtisadi əməkdaşlığın perspektivləri, beynəlxalq təşkilatlarda birgə fəaliyyətin gücləndirilməsi müzakirə olunacaq.
Sentyabrın 13-də isə GUAM-a üzv olan ölkələrin Xarici İşlər nazirlərinin müavinlərinin iştirakı ilə iclasın rəsmi açılışı olacaq. Toplantıda Azərbaycanı Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək.
İclasın sonunda protokol imzalanacaq.

 

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Siyasət 2019-09-11 11:36:00