×
A
A
A
Sazlamalar

İlahiyyata dair əlyazmalar kataloqunun III cildi çapdan çıxıb

Bakı, 11 sentyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun nəşr etdirdiyi ilahiyyata dair əlyazmalar kataloqunun III cildinə institutda mühafizə olunan ərəb, fars və türk dillərində hədisə dair əlyazma əsərlərinin təsviri daxildir.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, kataloq hazırlanan zaman yeni əlyazma nüsxələri aşkar edilib, həmçinin bəzi əlyazmaların müəllifləri müəyyənləşdirilib.
Kataloqun tərtibçisi ilahiyyat üzrə fəlsəfə doktoru Nailə Süleymanovadır. Elmi redaktorları filologiya üzrə elmlər doktorları Paşa Kərimov və Kamandar Şəriflidir.
Nəşrdə yer alan farsdilli təsvirlərin redaktoru Könül Bağırova, ərəbdilli təsvirlərin redaktoru Yeganə Rəhnulladır.

Elm və təhsil 2019-09-11 11:09:00