×
A
A
A
Sazlamalar

Oğuzda iki tondan artıq narkotik tərkibli bitki məhv edilib

Bakı, 11 sentyabr, AZƏRTAC 

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları “Xaş–xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planı çərçivəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkarlanaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, rayonun Xaçmaz kəndi ərazisində iki hektara yaxın ərazidə yabanı halda bitən və çəkisi 2,2 ton olan 4150 çətənə bitkisi yandırılaraq məhv edilib.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Hadisə 2019-09-11 11:08:00