×
A
A
A
Sazlamalar

Bir neçə rayonun təbii qaz təchizatı dayandırılacaq

Bakı, 11 sentyabr, AZƏRTAC

Yeni çəkilmiş qaz kəmərlərinin mənbəyə birləşdirilməsi, eləcə də qaz xətlərində təmir və sazlama işlərinin aparılması məqsədilə bu gün saat 10:00-dan etibarən Abşeron rayonunun Xırdalan kəndi və Mexkalon adlanan yaşayış sahəsində, həmçinin saat 10:00-dan 12:00-dək Tovuz rayonunun, saat 14:30-dan isə Ağstafa rayonunun bir hissəsində qaz təchizatı dayandırılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Neft - qaz 2019-09-11 10:27:00