×
A
A
A
Sazlamalar

Təhsil işçilərinin respublika konfransının iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Bakı, 11 sentyabr, AZƏRTAC
Təhsil işçilərinin respublika konfransının iştirakçıları sentyabrın 11-də Fəxri xiyabana gələrək müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qоyublar.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gedən konfrans iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Elm və təhsil 2019-09-11 09:53:00