×
A
A
A
Sazlamalar

“Yeddi nar çubuğu” – Kukla Teatrında hazırlanan yeni tamaşa belə adlanır

Bakı, 11 sentyabr, AZƏRTAC

A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında Azərbaycan xalq nağılı “Yeddi nar çubuğu” əsasında yeni nümunə hazırlanır.
Bu barədə AZƏRTAC-a teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova məlumat verib.
Onun sözlərinə görə, yeni mövsümdə təqdim olunacaq tamaşanın səhnələşdirəni Zülfüqar Rüfətoğlu, quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir.
Tam müasir tərtibat, yeni səhnə vasitələrinin tətbiqi ilə ərsəyə gələcək tamaşada klassik nağıl-tamaşa, vizual elementlərlə ənənəvi kukla üslubunun sintezi təqdim olunacaq.
Səhnə əsəri ilin sonunadək teatrsevərlərin ixtiyarına veriləcək.

Teatr və kino 2019-09-11 09:52:00