×
A
A
A
Sazlamalar

2021-ci ildə Lissabonda Məşqçilərin XIII Dünya Konqresi keçiriləcək

Lissabon, 10 sentyabr, AZƏRTAC

2021-ci il iyunun 4-6-da Lissabonda Məşqçilərin XIII Dünya Konqresi keçiriləcək.
Portuqaliya Məşqçilər Konfederasiyasının prezidenti Pedro Sekeyranın sözlərinə görə, konqres çərçivəsində idman hazırlığı sahəsində mühazirələr oxunacaq. O deyib: “Bu hadisə bütün idman agentlərini maraqlandırır. Mən əminəm ki, bu konqresdə çox şey öyrənəcəyik”.
Qeyd edək ki, Lissabon 2021-ci ildə Avropanın idman paytaxtı olacaq. Ölkə 2021-ci ilə qədər idman infrastrukturunun inkişafına 26 milyon avro yatırmağı planlaşdırır.

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon

İdman 2019-09-10 21:43:00