Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Sabirabad rayonunda ev yanıb, bir nəfər tüstüdən zəhərlənib

Bakı, 10 sentyabr, AZƏRTAC 

Sabirabad rayonunda ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli üçotaqlı evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində ev əşyaları ilə birlikdə yanıb. Yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib. Bitişik talvar yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Hadisə 2019-09-10 20:51:00