Mixail Şumaxerə kök hüceyrə transplantasiya edilib
Bakı, 10 sentyabr, AZƏRTAC
Beş ildir komada olan Formula 1 yarışlarının əfsanəvi pilotu almaniyalı Mixail Şumaxerə Paris xəstəxanasında kök hüceyrə transplantasiya edilib.
AZƏRTAC Fransanın “Le Parisien” qəzetinə istinadla xəbər verir ki, Alp dağlarında xizəklə sürüşərkən yıxılaraq zədə aldığı üçün süni aparata qoşulan pilotun ailəsi ona hüceyrə köçürülməsinə qərar verib.
Bu üsul standart müalicəyə cavab verməyən xəstələrə tətbiq olunur. Belə ki, zədələnmiş orqanlara birbaşa kök hüceyrə yeridilməsi ilə orqanların yenidən əvvəlki funksiyası bərpa olunur. Mayalanmadan dörd gün keçdikdən və bir neçə hüceyrənin bölünməsindən sonra totipotent adlanan mayalanmış yumurta hüceyrələri inkişaf etməyə başlayır və blastosit adlanan içi boş kürəyə çevrilirlər. Müxtəlif hüceyrə növlərinə çevrilmə və özünü yeniləmə qabiliyyətinə malik olan bu hüceyrələrə kök hüceyrə deyilir.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir