×
A
A
A
Sazlamalar

Qazax rayonunda əl qumbarası və top mərmisi aşkarlanıb

Bakı, 10 sentyabr, AZƏRTAC

Sentyabrın 10-da saat 12:09-da Dövlət Sərhəd Xidmətindən (DSX) Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonunun Daşsalahlı və Kəmərli kəndlərində əl qumbarasının, alışdırıcının və mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil əməliyyat qrupunun və DSX-nin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Həmin kəndlərdə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Daşsalahı kəndində F-1 əl qumbarası və tərkibində heç bir partlayıcı maddə olmayan MVÇ-62 partladıcısı, Kəmərli kəndində isə 100 millimetrlik top mərmisi (PS-34) aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Hərbi təyinatlı əşyaların tapıldığı yerin ətrafında 1225 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Hadisə 2019-09-10 19:49:00