Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Bakıda üç nəqliyyat vasitəsinin iştirakı ilə qəza baş verib

Bakı, 10 sentyabr, AZƏRTAC

Sentyabrın 10-da axşam saatlarında paytaxtın Heydər Əliyev prospektində - hava limanı avtomagistralında yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, qəza nəticəsində minik avtomobili, eləcə də 131 və 198 nömrəli müntəzəm marşrut xətləri üzrə hərəkətdə olan avtobuslar toqquşub. Qəza ilə əlaqədar Agentlik tərəfindən araşdırma aparılır.

Hadisə 2019-09-10 19:07:00