×
A
A
A
Sazlamalar

Masallıda keçirilən qanvermə aksiyasında 150-dən çox könüllü iştirak edib

Masallı, 10 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Sentyabrın 10-da Aşura günü ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə ölkəmizin bir sıra şəhər və rayonlarında, o cümlədən Masallı şəhərində qanvermə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı şəhərindəki Cümə məscidində keçirilən qanvermə aksiyasında 150-dən çox könüllü iştirak edib.
Xeyirxahlığı, insanlığı, vətənpərvərliyi özündə ehtiva edən aksiyada əhalinin bütün təbəqələri təmsil olunub.
Mərkəzi Qan Bankının Lənkəran Bölməsinin və Masallı Rayon Mərkəzi Xəstəxanasının həkim və tibb işçiləri tərəfindən qan verməyə gələn sakinlərin sağlamlığı əvvəlcədən yoxlanılıb.
Aksiya zamanı yığılan qan nümunələri Lənkəran Regional Qan Bankına təhvil veriləcək.

Regionlar 2019-09-10 19:06:00