×
A
A
A
Sazlamalar

Sabah bəzi rayonların təbii qaz təchizatı məhdudlaşdırılacaq

Bakı, 10 sentyabr, AZƏRTAC

Sentyabrın 11-də saat 09:00-dan Şəki rayonunun Turan qəsəbəsi və bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq.
“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, bu müddət ərzində orta təzyiqli yeraltı qaz xəttində sazlama işləri icra olunacaq. Bundan başqa, qaz xətlərinin mənbəyə birləşdirilməsi, aşkar olunmuş qaz sızmalarının ləğvi məqsədilə saat 10:00-dan 17:00-dək Şamaxı rayonunun mərkəzi və 1 qəsəbədə, eləcə də saat 10:00-dan Sumqayıt şəhərinin Kimyaçılar, Kotec qəsəbələrində, Xəzər bağları yaşayış sahəsində və bir neçə məhəllədə qaz fasilələrlə veriləcək.

Regionlar 2019-09-10 19:04:00