Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Paytaxt sakininə qarşı quldurluq etmiş şəxslər saxlanılıblar

Bakı, 10 sentyabr, AZƏRTAC 

Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə müraciət edən Bakı şəhər sakini F.Cəfərov sentyabrın 9-da gecə saatlarında naməlum iki nəfərin onun üz nahiyəsinə yumruqla xəsarət yetirərək 700 manat pulunu və mobil telefonunu aldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu cinayət əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş C.Tapdıqzadə və M.Hacıyev dərhal başlanılmış əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Hadisə 2019-09-10 18:51:00