×
A
A
A
Sazlamalar

Nəsimi festivalı çərçivəsində “Ümidin yaradılması” sosial-mədəni layihəsi həyata keçiriləcək

Bakı, 10 sentyabr, AZƏRTAC

Uşaq evləri və internat məktəblərinin sakinləri və məzunlarının iştirakı ilə “Ümidin yaradılması” sosial-mədəni layihəsi həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, layihə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 28-dən oktyabrın 1-dək keçiriləcək Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalı çərçivəsində təşkil ediləcək.
Layihə üzrə dizayn kurslarına cəlb olunmuş 30 iştirakçı öz arzularını təsvir vasitəsilə əks etdirib və onların əl işləri sonra köynəklər üzərinə köçürülüb. Bu köynəklərin festival çərçivəsində nümayişi və satışı təşkil olunacaq. Layihənin məqsədi uşaq evləri və internat məktəblərinin sakinləri və məzunlarının yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək və onlara məşğulluq imkanları yaratmaqdır.

Mədəniyyət 2019-09-10 18:16:00