×
A
A
A
Sazlamalar

Futbol məşqçiləri üçün növbəti peşəkarlıq təlimləri keçirilib

Bakı, 10 sentyabr, AZƏRTAC

AFFA və UNICEF “Qızlar bacarır” kompleks kommunikasiya layihəsi çərçivəsində məşqçilər üçün növbəti peşəkarlıq təlimləri keçirilib.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının və UNICEF-in təyin etdiyi beynəlxalq mütəxəssislər tərəfindən Bakıda təşkil olunan təlimlərə sentyabrın 10-da yekun vurulub.
AFFA-nın inzibati binasında keçirilən təlimlərdə ümumilikdə Bakı üzrə 179 futbol məşqçisi iştirak edib.
Xatırladaq ki, Bakı və 7 müxtəlif regiondan 517 məşqçi üçün nəzərdə tutulan təlimlər ilk dəfə avqustun 9-da Lənkəran Olimpiya İdman Kompleksində keçirilib.

İdman 2019-09-10 18:12:00