×
A
A
A
Sazlamalar

Xəzər və Binəqədi rayonlarında oğurluq edən şəxslər tutulublar

Bakı, 10 sentyabr, AZƏRTAC 

Daxili işlər orqanlarının əməkdaşları oğurluqla məşğul olan şəxslərə qarşı uğurlu əməliyyat tədbirləri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 8-də rayondakı marketlərin birindən 220 manat və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Şağan qəsəbə sakini M.Rzayev saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonda iki nəfərə məxsus velosipedləri, habelə bir həyətyanı sahədən su nasosunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Kərimov yaxalanıb.
Bərdə Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini B.Kərimov cibindən 500 manat pulunun oğurlandığını bildirib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş S.Kadırova tutulub.
Hər üç faktla bağlı davam etdirilir.

Hadisə 2019-09-10 18:09:00