×
A
A
A
Sazlamalar

Sumqayıt şəhər sakinindən iki kiloqramdan çox marixuana götürülüb

Bakı, 10 sentyabr, AZƏRTAC 

Samux Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini C.Bəylərov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi axtarış zamanı ondan 2,3 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-09-10 17:06:00