×
A
A
A
Sazlamalar

“Arctic open” kinofestivalında iştirakçılar smartfonla çəkməyi öyrədəcəklər

Bakı, 10 sentyabr, AZƏRTAC

Dekabrda Rusiyanın Arxangelsk şəhərində “Arctic open” III Beynəlxalq kinofestivalı üçün mobil telefonda kino çəkilişləri aparmaq üzrə laboratoriya təsis olunacaq.
AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, bu sözləri festivalın direktoru Tamara Statikova deyib.
“Laboratoriyanın yaradılması bizdə ilk dəfədir. Məşğələləri “Kinotavr-2019”un qalibi və “Mobile Filmmakers” cərəyanının ideoloqu Boris Quts aparacaq. Onun tammetrajlı “Faqot” filmi İPhone və Go Pro kameraları ilə çəkilib”, -deyə T.Statikova əlavə edib.
Məşğələlər Şimali Arktika Federal Universitetinin texnoparkında keçəcək.
Texnoparkın direktoru Mariya Korşakova bildirib ki, müsabiqənin nəticələrinə əsasən oxumağa Arxangelsk vilayətindən və Şimal-Qərb Federal Dairəsinin digər bölgələrindən 20 nəfər qəbul ediləcəkdir. “Bu, həm professional həm də 18 yaşa qədər olan həvəskarlar ola bilər. Müsabiqənin tələbinə görə hər kəs özü haqqında qısa bir film çəkməlidir”, -deyə M.Korşakova əlavə edib.

Mədəniyyət 2019-09-10 17:04:00