×
A
A
A
Sazlamalar

“Ferrari” 2010-cu ildən etibarən ilk dəfə Formula 1 üzrə İtaliya Qran-Prisini udub

Bakı, 10 sentyabr, AZƏRTAC 

Şarl Leklerin finişə birinci gəlməsi Formula 1 üzrə “Ferrari” komandasının Montsa şəhərinin “Autodromo Nasionale” trasında keçirilən İtaliya Qran-Prisində uğursuz çıxışlar silsiləsini dayandırıb. “Skuderiya” nümayəndəsi bundan əvvəl Formula 1 üzrə İtaliya Qran-Prisində sonuncu dəfə 2010-cu ildə qalib gəlib. Onda “Ferrari”nin ispan pilotu Fernando Alonso birinci olub.
AZƏRTAC xəbər verir ki, Lekler azarkeşlərin səsverməsinə görə, həmçinin İtaliya Qran-Prisində günün pilotu hesab edilib. Şarlla birlikdə fəxri kürsüyə “Mercedes”in iki nümayəndəsi – Valtteri Bottas və Luis Hemilton qalxıblar. “Ferrari”nin ikinci pilotu Sebastyan Fettel trasdan çıxdığına və trasa qayıdarkən təhlükəsizlik qaydalarını pozduğu üçün cərimələndiyinə görə xal toplaya bilməyib.

İdman 2019-09-10 16:57:00