×
A
A
A
Sazlamalar

Azərbaycan ali audit qurumlarının Moskvada keçiriləcək Beynəlxalq Konqresində təmsil olunacaq

Moskva, 10 sentyabr, AZƏRTAC

Azərbaycan ali audit qurumlarının sentyabrın 23-28-də Moskvada keçiriləcək XXIII Beynəlxalq Konqresində təmsil olunacaq.
AZƏRTAC xəbər verir ki, konqresdə dövlət idarəçiliyində informasiya texnologiyaları, ali audit qurumlarının milli prioritet və məqsədlərə nail olunmasındakı rolu əsas müzakirə mövzusu olacaq.
Konqresdə Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatına (INTOSAI) üzv 194 ölkənin nümayəndələri iştirak edəcəklər.


Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

İqtisadiyyat 2019-09-10 16:56:00