×
A
A
A
Sazlamalar

Azərbaycan sahibkarları Braziliya İnvestisiya Forumunda iştiraka dəvət olunurlar

Bakı, 10 sentyabr, AZƏRTAC

Azərbaycan sahibkarları Braziliya İnvestisiya Forumunda iştiraka dəvət olunurlar.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Konfederasiyasından AZƏRTAC-a bildirilib ki, oktyabrın 10 –11-də San Pauloda “Braziliya İnvestisiya Forumu 2019” keçiriləcək. Tədbirdə Braziliyada infrastruktur, sənaye, kənd təsərrüfatı və digər istiqamətlər üzrə investisiya imkanları, rəqabət mühiti, dövlət tərəfindən göstərilən dəstək və sair barədə iştirakçılara məlumat veriləcək, layihələrlə tanışlıq olacaq.
Foruma Azərbaycan sahibkarları da dəvətlidir.

İqtisadiyyat 2019-09-10 16:41:00