“Paramount Pictures” kinostudiyası “Sifətsiz” filmini yenidən ekranlaşdıracaq
Bakı, 10 sentyabr, AZƏRTAC
“Paramount Pictures” kinostudiyası rejissor Con Vunun “Sifətsiz” (1997) filmini yenidən çəkməyi planlaşdırır. Xatırladaq ki, orijinal filmdə baş rolları Nikolas Keyc və Con Travolta ifa ediblər.
AZƏRTAC RİA Novosti-yə istinadla xəbər verir ki, filmin yeni variantı üzərində “Forsaj” filminin prodüseri Nil Morits, eləcə də birinci filmdə işləmiş Devid Permut çalışacaqlar, ssenarisini Oren Uzil yazacaq.
Orijinal “Sifətsiz” filmində cinayətkar Kastor Troy (Keyc) ilə Federal Təhqiqatlar Bürosunun agenti Şon Arçerin (Travolta) mübarizəsindən danışılır. Şon Arçer Kastor Troyu dayandırmaq və oğlunun ölümünə görə ondan qisas almaq üçün şəxsiyyətini dəyişdirmək üzrə mürəkkəb cərrahiyyə əməliyyatına razılıq verir.
1997-ci ildə Con Vunun “Sifətsiz” filminin prokatı çox uğurlu olub. Filmin büdcəsi 80 milyon dollar olduğu halda, prokatda 245 milyon dollar toplayıb.
Yeni variantda baş rollarda hansı aktyorların çəkiləcəyi, habelə rejissorun adı açıqlanmır.
Basqal hamamı: tarixi məkan, memarlıq və mədəni irs
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib
Milli Kitabxanada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə kitab sərgisi açılıb
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Qobustan Milli Tarix-Bədii Qoruğunda qeyd olunub VİDEO
Gənclər Kitabxanasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlanıb