×
A
A
A
Sazlamalar

Aşura günündə Bərdə və Beyləqanda 181 nəfər könüllü qan verib

Bərdə, 10 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC 

Sentyabrın 10-da ölkəmizin bütün bölgələrində olduğu kimi, Bərdə rayonunda da Aşura günü ilə bağlı mərasimlər keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saatlarından Bərdə şəhərindəki İmamzadə ziyarətgahına gələn bərdəlilər Kərbəla şəhidlərinin xatirəsini yad edib, Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən qana ehtiyacı olan xəstələrə yardım məqsədilə təşkil olunan könüllü qanvermə aksiyasına qatılıblar. Aksiya zamanı 138 nəfər könüllü olaraq qan verib.
B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən toplanan qan hemofiliyalı və talassemiyalı, həmçinin digər xəstələrin müalicəsində istifadə olunacaq.


X X X


Aşura günü ilə əlaqədar Beyləqan Rayon Mərkəzi Xəstəxanasında da qanvermə aksiyası keçirilib. Rayon sakinlərinin, dindarların iştirak etdiyi aksiyada 43 nəfər qan verib.

Regionlar 2019-09-10 12:20:00