×
A
A
A
Sazlamalar

Bolqarıstanda Şimali Qafqaz həftəsi başlanıb

Bakı, 10 sentyabr, AZƏRTAC

Sentyabrın 10-da Qafqazda turizmi inkişaf etdirmək üçün Bolqarıstanın Burqas şəhərində “Bolqarıstanda Şimali Qafqaz həftəsi”nə başlanılıb.
AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, mədəniyyət günləri eyni zamanda Rusiya Federasiyası ilə Bolqarıstan arasında əlaqələri daha da genişləndirmək məqsədi daşıyır.
“Bu, Şimali Qafqaz regionu ilə bağlı olan ilk tədbirimizdir. Hesab edirəm ki, bu hadisə böyük bir irəliləyişdir. Tədbirdə bütün Şimali Qafqaz respublikalarının iştirak etməsi sevindirici haldır. Bu regionun gözəl mətbəxi, təbiəti və qonaqpərvərliyi vardır. Düşünürəm ki, buranı ziyarət edən hər bir turist öz ölkəsinə gözəl təəssüratlarla qayıdacaq”, -deyə Rusiya Federasiyasının Varna şəhərindəki konsulu Vladimir Klimanov bildirib.
Festival çərçivəsində Rusiya-Bolqarıstan turizm investisiya forumu, biznes sessiyaları və region sənətçilərinin çıxışları olacaq. Burqasda artıq xalq sənətkarlıq sənəti nümunələrinin sərgisi açılıb. Bu da Bolqarıstan vətəndaşlarına Şimali Qafqaz xalqlarının adət-ənənələri ilə yaxından tanış olmaq imkanı qazandırır.
Qeyd edək ki, Tədbir Burqas, Varna və Nesebar şəhərlərində keçirilir.

Mədəniyyət 2019-09-10 15:43:00