×
A
A
A
Sazlamalar

Ağır atletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək

Bakı, 10 sentyabr, AZƏRTAC

Sentyabrın 18-də Tailandın Pattaya şəhərində start götürəcək ağır atletika üzrə kişilər arasında 85-ci, qadınlar arasında 28-ci dünya çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Azərbaycan Ağır Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, 105 ölkədən 734 atletin (395 kişi və 339 qadın) iştirak edəcəyi çempionat həm də 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.
Çempionatda Azərbaycan yığma komandasının üç üzvü də iştirak edəcək. Baş məşqçi Asif Məmmədovun rəhbərliyi ilə milli komandamızın üzvlərindən Nailxan Nəbiyev (96 kiloqram), Səbinə Əzimova (55 kiloqram) və Boyanka Kostova (59 kiloqram) mundialda mübarizə aparacaqlar.

 

İdman 2019-09-10 14:25:00