Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Gömrük nəzarətindən gizlədilən siqaret və spirtli içkilər aşkarlanıb

Bakı, 10 sentyabr, AZƏRTAC

Gömrük nəzarətindən gizlədilən siqaret və spirtli içkilər aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan “Mercedes-Benz 230” markalı avtomobil ilə gələn Azərbaycan vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub. Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə “Cesi” ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışı keçirilib. Xidməti itin reaksiyası nəticəsində minik maşınının yük yerindəki sellofan torbaların və arxa oturacağın qol söykənəcək yerində gömrük nəzarətindən gizlədilən 3600 ədəd “King” markalı siqaret və hər biri 1 litr olmaqla 19 ədəd “Hlibny Dar” markalı spirtli içki aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

 

Hadisə 2019-09-10 13:47:00