×
A
A
A
Sazlamalar

Məşhur türk aktyoru vəfat edib

Bakı, 10 sentyabr, AZƏRTAC

Türkiyənin tanınmış kino və teatr aktyoru Süleyman Turan 83 yaşında vəfat edib.
AZƏRTAC Türkiyə mətbuatına istinadla xəbər verir ki, aktyor bu gün səhər evində ürək çatışmazlığından dünyasını dəyişib.
Qeyd edək ki, Süleyman Turan 1936-cı ildə İstanbulda anadan olub. Yaradıcılığa teatrdan başlayan aktyor bir müddət karikaturaçılıqla da məşğul olub. O, “Hörmətli xanım”, “Ağ göyərçin”, “Yaxşı qərb” və bir çox filmdə rol alıb.

 

Mədəniyyət 2019-09-10 13:34:00