×
A
A
A
Sazlamalar

® Taksitlə ödə, “Honda Civic” qazan

Xəbər verdiyimiz kimi, “Kapital Bank” “BirKart” müştəriləri üçün stimullaşdırıcı lotereya keçirir. Oktyabrın 1-dək partnyor mağazalar şəbəkəsində “BirKart” ilə taksit əməliyyatı edən müştərilər lotereyada iştirak edib, qiymətli hədiyyələr qazana bilərlər. 

Sentyabrın 9-da lotereyanın üçüncü tirajı keçirilib və daha 16 müştəri qiymətli hədiyyələr qazanıb. Qaliblərin siyahısı sayta əlavə olunub – www.kapitalbank.az/lotereya.
Şərtlərə görə, minimum 30 manatlıq hər taksit əməliyyatı bir şansa bərabərdir. Hər ayın 9-da keçiriləcək tiraj zamanı 10 nəfər 500 manatlıq “KapitalGift” kartı, 5 nəfər “iPad Mini” və 1 nəfər “iPhone XS” əldə edəcək. Son tiraj zamanı isə 1 nəfər “Honda Civic” avtomobili qazanacaq.
Qeyd edək ki, “BirKart”ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. “BirKart” bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5 faizdən 30 faizədək “Cashback” imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur.
“BirKart” haqqında ətraflı məlumat üçün “www.birkart.az” saytına, 196 Sorğu mərkəzinə və ya kartın “Facebook” səhifəsinə “www.facebook.com/birkart.az” müraciət edə bilərsiniz. “BirKart” sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə və ya (+994 51) 250 99 99 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət etmək olar. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir.

 

Maliyyə 2019-09-10 13:11:00