×
A
A
A
Sazlamalar

YT Park tərəfindən “Millers Oils Azerbaijan” məhsullarının satışının təşkilinə dəstək veriləcək

Bakı, 10 sentyabr, AZƏRTAC

AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti “Millers Oils Azerbaijan” MMC-nin məhsullarının satışının təşkilinə dəstək məqsədilə iclas keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, iclasda YT Parkın direktor müavini, hüquq üzrə fəlsəfə doktoru Məmməd Bağırzadə, patent, sertifikatlaşdırma, marketinq və biznes inkubasiya şöbəsinin əməkdaşları və “Millers Oils Azerbaijan” MMC-nin direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru Sənan Abdullayev iştirak ediblər.
Görüşdə rezident müəssisənin məhsullarının satışının təşkili ilə bağlı müzakirələr aparılıb, təkliflər irəli sürülüb. Bundan əlavə, istehsal olunan malların ölkədaxili bazarda satışının, təbliğ edilməsinin dəstəklənməsi və bu istiqamətdə görüləcək işlər barədə razılıq əldə olunub.

Elm və təhsil 2019-09-10 13:03:00