×
A
A
A
Sazlamalar

Bu gün “Avro 2020”nin seçmə mərhələsinin altıncı turuna yekun vurulacaq

Bakı, 10 sentyabr, AZƏRTAC

Sentyabrın 10-da “Avro 2020”nin seçmə mərhələsinin altıncı turuna yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, turun ikinci oyun günündə A, B və H qruplarındakı komandalar qarşılaşacaqlar.
A qrupunda yer alan İngiltərə millisi Kosovo yığmasını qəbul edəcək. Digər oyunda isə Monteneqro və Slovakiya milliləri üz-üzə gələcəklər. Bu qrupa üç oyundan 9 xal toplayan İngiltərə millisi başçılıq edir. Səkkiz xalı olan Kosovo yığması ikinci, 6 xal toplayan Çexiya seçməsi isə üçüncü yerdə qərarlaşıb. Monteneqro və Bolqarıstan komandaları 2 xalla dördüncü və beşinci yerləri bölüşürlər.
B qrupunda Litva – Portuqaliya, Lüksemburq – Serbiya görüşləri keçiriləcək. Qrupa 13 xalla (5 oyun) Ukrayna yığması başçılıq edir. Üç oyundan 5 xal toplayan Portuqaliya ikinci, dörd matçda 4 xal yığan Serbiya və Lüksemburq isə üçüncü və dördüncü yerləri bölüşürlər. Litva yığması 1 (4 oyun) xalla sonuncu – beşinci pillədə yer alıb.
Gün ərzində H qrupunda üç görüş - Albaniya–İslandiya, Fransa–Andorra və Moldova–Türkiyə qarşılaşmaları oynanılacaq. Bütün komandaların beş oyun keçirdikləri qrupa aktivlərində 12 xalla olan Fransa, Türkiyə və İslandiya yığmaları başçılıq edir. Sonrakı pillələrdə müvafiq olaraq Albaniya (6), Moldova (3) və Andorra (0) milliləri yer alıblar.

 

İdman 2019-09-10 12:44:00