×
A
A
A
Sazlamalar

Azərbaycan millisinin hazırlıq prosesinə 24 futbolçu dəvət olunub

Bakı, 10 sentyabr, AZƏRTAC

Sentyabrın 12-dən 22-dək Bakıda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının təlim-məşq toplanışı keçiriləcək.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, hazırlıq prosesinə Elgün Bayramov (“Səbail”), Eldar Tağızadə (“Fundacion Marcet”, İspaniya), Amin Ramazanov (“Lokomotiv Moskva”, Rusiya), İbrahim Ramazanov (“Qəbələ”), Cəlal Hüseynov (“Zirə”), Raqib Abışov (“Sabah”), Namiq Şəmilov, Ülvi Mədətov (hər ikisi “Qəbələ”), Kamal Kazımov (“Keşlə”), Mirəli Əhmədov, Ayxan Süleymanlı, Nihad Cəfərov (hər üçü “Neftçi”), Gülağa Əsədov, Rauf Rüstəmli (hər ikisi “Qəbələ”), Musa Musazadə (“Qarabağ”), Vüsal Qəmbərov
(“Sabah”), Nəriman Axundzadə, Zöhrab Əsədov (hər ikisi “Qarabağ”), Nicat Quliyev (“Səbail”), Mehrac Bəxşəliyev (“Qəbələ”), Xəyal İbrahimov (“Keşlə”), Nurəli Nurəliyev (“Zirə”), Mirmövsüm Canıyev (“Qarabağ”) və Rasim Həsənov
(“Yunost”, Ukrayna) dəvət olunublar.

İdman 2019-09-10 12:39:00