×
A
A
A
Sazlamalar

Aşura günü ilə əlaqədar könüllü qanvermə aksiyaları davam edir, indiyə qədər 1579,5 litr qan tədarük olunub

Bakı, 10 sentyabr, AZƏRTAC

Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, saat 12:00 qədər respublikanın 25 şəhər və rayonu üzrə 33 xəstəxana və məscidlərdə keçirilən qanvermə aksiyalarında 3 510 nəfər könüllü olaraq qan verib. Həmin şəxslərdən 1579,5 litr qan tədarük olunub. Götürülmüş qanlar Mərkəzi Qan Bankına göndərilir.
Qan vermək üçün gələn insanların sayı durmadan artır.

Səhiyyə 2019-09-10 12:38:00