×
A
A
A
Sazlamalar

Türkiyəli idmançı qəsdən adamöldürmə cinayətində təqsirli bilindiyi üçün həbs edilib

İstanbul, 10 sentyabr, AZƏRTAC 

Kikboksinq üzrə Türkiyə milli komandasının üzvü Berke Şahin qəsdən adamöldürmə cinayətində təqsirli bilindiyi üçün həbs edilib.
AZƏRTAC xəbər verir ki, sentyabrın 9-da İstanbulun Kadıköy rayonunda baş vermiş hadisə nəticəsində bir nəfər bıçaqlanaraq qətlə yetirilib. Cinayətdə təqsirli bilinən üç nəfərdən ikisi barəsində həbs qətimkan tədbiri seçilib. Həbs edilənlərdən biri kikboksinq üzrə Türkiyə milli komandasının üzvü Berke Şahindir.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

İdman 2019-09-10 12:01:00