×
A
A
A
Sazlamalar

Yaşayış və qeyri-yaşayış sahələrini təqdim edənlər sadələşdirilmiş verginin ödəyiciləridirlər


Bakı, 10 sentyabr, AZƏRTAC
Vergi Məcəlləsinin müddəalarına əsasən, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, hüquqi şəxs tərəfindən balansında olan daşınmaz əmlakın təqdim edilməsi zamanı həmin əmlakın təqdim olunması üzrə müqaviləni təsdiq edən notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi hesablanaraq dövlət büdcəsinə ödənilir. Bu təqdimetmədən əldə olunan gəlirlər mənfəət vergisi məqsədləri üçün vergi tutulan gəlirlərə aid edilmir.

 

Maliyyə 2019-09-10 12:00:00