×
A
A
A
Sazlamalar

Azərbaycan boksçusu Murad Allahverdiyev Avropa çempionatının bürünc medalını qazanıb

Bakı, 10 sentyabr, AZƏRTAC

Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa çempionatında yarımfinal mərhələsinin görüşləri başa çatıb. Bu mərhələdə Azərbaycan millisinin 1 üzvü də qüvvəsini sınayıb.
AZƏRTAC Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, çempionatda 81 kiloqram çəkidə mübarizə aparan Murad Allahverdiyev üçüncü döyüşündə rusiyalı İlya Boqatıryovla üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb.
Nəticədə M. Allahverdiyev Avropa çempionatını bürünc medalla başa vurub.
Qeyd edək ki, qitə birinciliyində oğlanların yarışına 37 ölkədən 213 boksçu qatılıb.

 

İdman 2019-09-10 11:41:00