×
A
A
A
Sazlamalar

UFAZ-da yeni tədris ili başlayıb

Bakı, 10 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) yeni tədris ili başlayıb.
UFAZ-dan AZƏRTAC-a bildirilib ki, bu addım akademik təqvimin Fransa təhsil sisteminə uyğunlaşdırılması və təhsil müəssisəsində iş rejiminin tənzimlənməsi məqsədilə atılıb.
Hazırda UFAZ-da geofizika mühəndisliyi, kimya mühəndisliyi, neft-qaz mühəndisliyi və kompüter elmləri ixtisasları üzrə 537 tələbə təhsil alır. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ya Ren 1 və ADNSU) alacaqlar.

Elm və təhsil 2019-09-10 11:31:00